İnci çempion oldu, daha 3 Naxçıvan kikbokçusu mükafatçılar sırasında

Quba Olimpiya İdman Kompleksində kadetler, yeniyetmələr və gənclər arasında kikboksinq üzrə ölkə birinciliyi keçirilib. Yarışda üç yaş kateqoriyasında döyüşlər keçirilib - Yarışa ümumi 66 klub olmaqla 561 idmançı qatılıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kikboksinq Federasiyası tərəfindən birgə təşkil olunan yarışa 66 klubdan ümumilikdə 561 idmançı qatılıb.
Birincilikdə Naxçıvan Kikboksinq Federasiyasından 3 məşqçi və 20 idmançı muxtar respublikanı təmsil edib. İdmançılarımız yeniyetmələr arasında 1 qızıl və 3 bürünc medal qazanıblar.
Son vaxtlar beynəlxalq arenada uğurlu çıxışı ilə seçilən İnci Allahverdiyeva 65 kq çəki dərəcəsində ölkə çempionu olmağı bacarıb. Uğur Əliyev 63,5 kq, Ravil Alməmmədov 67 kq və Rəsul Babayev 57 kq çəki dərəcəsində bürünc medala layiq görülüblər.
 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti